ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
CdZnS və CdZnAl-LİH/POLİMER NANOKOMPOZİTLƏRİNİN SİNTEZİ VƏ FOTOKATALİTİK AKTİVLİKLƏRİNİN ÖYRƏNİLMƏSİ
O.O.Balayeva, Q.Y.Yahyayeva, R.M.Alosmanov, S.C.Məmmədyarova

 

Kadmium sink alüminium laylı ikili hidroksidləri (CdZnAl-LİH) polivinil spirti (PVS) məhlulunda karbamidlə hidroliz və birgə çökmə metodu ilə sintez olunmuşdur. Alınmış nanokompozitlər üzərində kadmium - sink sulfid (CdZnS) nanohissəcikləri həm otaq temperaturunda (250C), həm də 400C –də birbaşa sulfidləşmə metodu ilə sintez edilmiş və m-krezolun sulu məhlullardan təmizlənməsi üçün görünən işıqda fotokatalitik deqradasiyası öyrənilmişdir. Alınmış nanokompozitlərin Ultrabənövşəyi (UB) spektrləri və Rentgen Difraktometrləri (RD) çəkilmiş və nanohissəciklərin orta ölçüləri Scherrer düsturuna əsasən təyin olunmuşdur. CdZnAl-LIH/PVS, CdZnS@CdZnAl-LIH/PVS (250C) və CdZnS@CdZnAl-LIH/PVS-də (400C) nanokristalitlərin orta ölçüsü uyğun olaraq 14.25 nm, 19.05 nm və 16.5 nm-dir. Məlum olmuşdur ki, 3 saat görünən işıq altında m-krezolun sudan fotokatalitik parçalanma dərəcəsi CdZnAl-LİH/PVS ilə 18%, CdZnS@CdZnAl-LİH/PVS (250C) ilə 25%, CdZnS@CdZnAl-LİH/PVS (400C) ilə 29%-dir.

doi.org/10.32737/0005-2531-2024-4-76-84

Açar sözlər : CdZnS, CdZnAl-LİH/PVS, m-krezol, fotokatalizator
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı