Maye fazalı ekstraksiya proseslərinin layihələndirilməsi zamanı axınların və komponentlərin kütlələrinin təyini üçün lazım olan mübadilə proseslərinin kinetik xarakteristikalarının müəyyən edilməsi əsas şərtlərdən biridir. Mövcud kütlə mübadiləsi modelləri əksər hallarda real mənzərəni sadələşdirərək məhdud tətbiq diapozonuna malik kütlə mübadiləsi proseslərinin yarımemprik və emprik əsasda təsvir edir. Bunun nəticəsində maye fazalı ekstraksiya proseslərini daha geniş təsvir edən və tətbiqinə imkan verən modellərin işlənib hazırlanması mühüm məsələlərdən hesab edilir. Hidrodinamik tədqiqatlar mərhələsində əldə edilmiş minimum eksperimental məlumatların istifadə edilməsi ilə davamlı və dispers fazalarda ekstraksiya prosesində kütlə ötürülmənin əmsallarını müəyyən etmək üçün Çilton-Kolborn hidrodinamik analogiyasının qradiyent axınlarında ümumiləşdirilməsi və Landau-Leviç sərhəd qatı modelinin sonrakı inkişafı əsasında riyazi model işlənib hazırlanmışdır.
doi.org/10.32737/0005-2531-2024-4-60-66