ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
AŞAĞI SIXLIQLI/YÜKSƏK TƏZYİQLİ POLİETİLEN NANOKOMPOZİTLƏR ÜÇÜN C60/C70 (85/15) İLƏ AŞQARLANMIŞ FULLEREN DUDASININ ANTİOKSİDLƏŞMƏ EFFEkTLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
E.B.Zeynalov, N.Allen, M.Y.Məhərrəmova, Ə.B.Hüseynov

 

C60-70 füllerenlərin polimer materiallarda effektiv stabilizator - antioksidant olmasına baxmayaraq, onların yüksək qiymət dəyəri geniş praktiki tətbiqinə imkan vermir. Bu səbəbdən polimer istehsalçıları klassik senaye stabilizatorlardan istifadə edilməsinə daha üstünlük verirlər. Bu vəziyyəti aradan qaldırmaq və faydalı tətbiqlər tapmaq üçün məqalədə C60/C70(85/15) ilə əlavə edilmiş nisbətən aşağı qiymətli fulleren dudası (FD) nümunələri nəzərdən keçirilmişdir. Aşağı sıxlıqlı/yüksək təzyiqli polietilen (LDPE) matrisinə inteqrasiya olunmuş FD+C60/C70-in termal və mexaniki analizi ilə birlikdə kumolun model ingibitorlu oksidləşmə prosesinin kinetik üsulunu tədqiqatlara cəlb ediməsi bu yanaşmanın aşkar üstünlüklərini nümayiş etdirmişdir. Kumol model oksidləşmə reaksiyanın istifadəsi ilə FD+C60-C70  nümunələrinin kinetik analizi aparılmış, ingibitor sürət sabitləri hesablanmış və  göstərilmişdir ki, alınmış rəqəmlər Irganox 1010/1076 kimi güclü sənaye antioksidantların  göstəriciləri ilə müqayisəli şəkildədir. C60-C70 fülleren əlavəri FD-nin kommersiya dəyərini bir qədər artırır, eyni zamanda termiki və mexaniki analizlə göstərilən modifikasiya edilmiş fülleren nümunələrinin daha yüksək effektivliyi üstünlük təşkil edir və onların sənaye miqyasında ölçülən 1% optimal konsentrasiyada tətbiqi tövsiyə edilir

doi.org/10.32737/0005-2531-2024-4-18-26

Açar sözlər : fulleren C60 - C70, fulleren dudası, termo-oksidləşdirici deqradasiya, radikal akseptor, antioksidant aktivlik, inhibə dərəcəsi sabitləri, fullerenlərin stabilləşdirici activliyi, polimerlərin mexaniki xassələri, polietilein stabilləşməsi, kumen
Məqaləyə baxın