ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
XİTOZANIN MÜXTƏLİF MÜHİTLƏRDƏ KVATERNİZASİYASI VƏ KVATERNİZƏ OLUNMUŞ XİTOZANA DƏRMAN MADDƏLƏRİNİN İMMOBİLIZASİYA OLUNMASI
H.F.Aslanova, C.M.Seyidova, S.Ə.Cəbiyeva, N.T.Şixverdiyeva, N.A.Zeynalov, D.B.Tağıyev

 

Saf xitozan ilə müqayisədə, kvaternizə olunmuş xitozan, yaxşı həllolma qabiliyyətinə və bir çox üstün bioloji funksiyaları ilə əlaqədar olaraq biotibbdə dərman və dərman daşınması agentləri, gen terapiyası, toxuma mühəndisliyi və kosmetologiya kimi perspektivli sahələrdə geniş tətbiqə malikdir. Bu cür tətbiqlər üçün artan potensial xitozanın dördlü ammonium duzlarının xassələri ilə uğurlu birləşməsi nəticəsində əldə edilir. Xitozanın dördlü ammonium duzlarının sintezinə dair müxtəlif sintez üsulları işlənib hazırlanmışdır. Bu üsulların hər birinin alınmış maddənin xüsusiyyətlərinə təsir edən öz üstünlükləri və mənfi cəhətləri var. Bu işin məqsədi polimerlərin kvaternizəsi və onların səthində L-tiroksin və doksisiklin immobilizasiyası üçün optimal üsulların seçilməsi olmuşdur. İQ-spektroskopik analiz göstərmişdir ki, levotiroksinin xitozanla qarşılıqlı təsiri ilk növbədə hidrogen rabitəsi və molekullararası qarşılıqlı təsir qüvvələri hesabına baş verir. Doksisiklinin İQ-spektroskopik təhlili də göstərdi ki, preparatın xitozanla qarşılıqlı təsiri ilk növbədə hidrogen rabitəsi və oriyentasiya qüvvələri hesabına baş verir.

doi.org/10.32737/0005-2531-2024-4-5-17

Açar sözlər : xitozan, kvaternizasiya, IQ spektroskopiya, metil yodid, benzil xlorid, L-tiroksin, doksisiklin
Məqaləyə baxın