ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
KAOLİN GİLİNİN İKİ MƏRHƏLƏDƏ SULFAT TURŞUSUNDAN İSTİFADƏ ETMƏKLƏ DƏMİRSİZLƏŞMƏSİ VƏ ALÜMİNİUMUN ÇIXARILMASI
A.A.Heydərov, N.İ.Abbasova, A.A.Quliyeva, A.B.Muradova, R.Y.Bədəlova

 

Məqalədə kaolin gilinin müxtəlif qatılıqlı sulfat turşusu ilə emalının nəticələri təqdim olunur. İlkin mərhələdə gilin tərkibindəki dəmirin çıxarılmasına imkan verən optimal şərait tapılmışdır. Fe, Al və Si-un çıxım dərəcəsi həllolmadan alınan qalığın rentgenfaza analizi (RFA), IQ spektroskopiya, differensial termiki və SEM/EDS analizlərinin öyrənilməsi ilə aparılmışdır. Nəticələr göstərir ki, gili 5%-li sulfat turşusu məhlulu ilə avtoklavda 125-130ºC temperaturda, 4-5 atm təzyiqdə, 0.5-1 saat və ya adi şəraitdə 85-90º C temperaturda 5 saat ərzində emal etdikdə dəmiri 96-99%-ə qədər təmizləmək olur. Dəmirdən ayrılmış kaolin gili 95%-li sulfat turşusu ilə qarışdırılır, 2 gün ərzində 250ºC temperaturda termiki emala uğradılır, alınan sulfatlanmış kütlə B:M=1:5 nisbətində 80-90ºC temperaturda suda həll edilir. Alınan qarışıq süzülür və sulfatlı məhlul sıxlığı 1.4-1.5 q/sm3 çatana qədər buxarlandırılır. Bu zaman kristallizatorda Al2(SO4)3∙nH2O tərkibli saf duz kristalları çökür.

doi.org/10.32737/0005-2531-2025-1-139-147

Açar sözlər : kaolin gili, aktivləşdirmə, yanma, həll etmə, dəmir və alüminiumun çıxarılması, sulfat turşusu, RFA, İQ spektroskopiya, EDS analizi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı