ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ETİLEN İSTEHSALININ YAN MƏHSULU YÜNGÜL PİROLİZ QATRANININ KATALİTİK EMALI VƏ YÜKSƏK TƏMİZLİYƏ MALİK BENZOLUN AYRILMASI TEXNOLOGİYASI
Ş.D.Əliyeva, F.M.Sadıqov, M.R.Manafov

 

Yüngül piroliz qatranının tərkibi ətraflı şəkildə tədqiq olunmuş və tərkibində aromatik karbohidrogenlərin, xüsusilə də benzol və toluolun miqdarının digər karbohidrogenlərlə müqayisədə yüksək olduğu tədqiq olunmuşdur. Laboratoriyada sintez olunmuş toluol əsaslı alüminium kompleks katalizatorla katalitik emal prosesləri aparılmış və yüngül qatranın tərkibində benzolun kütlə payı yüksəldilmişdir. Benzolun maksimum artımına müvafiq prosesin optimal rejimi müəyyən olunmuşdur. Tədqiqatın növbəti mərhələsində rektifikasiya olunaraq benzol fraksiyası ayrılmış, azeotrop qovularaq yüksək təmizliyə malik benzol alınmışdır. Yüngül qatranda benzolun kütlə payı 10.39% artımışdır. Təmizliyi isə 99.2%-ə  çatdırılmışdır. Prosesin prinsipial texnoloji sxemi təklif olunmuşdur. Prosesin optimallaşdırılması üçün riyazi modeli işlənilmiş və reqressiya tənliyi tərtib olunmuşdur. Daha ucuz katalizatordan istifadə olunması və prosesin aparılma şəraitinin daha mülayim olması benzolun istehsal dəyərini aşağı salır və prosesi  daha səmərəli edir. Rektifikasiya prosesində alınan qalıqda lak-boya materiallarının əsasını təşkil edən neft polimer qatranının mövcudluğu tədqiq olunmuşdur.                                                                                                                                                                    

doi.org/10.32737/0005-2531-2025-1-91-104

Açar sözlər : yüngül piroliz qatranı, toluol əsaslı alüminium kompleks katalizatoru, benzol, toluol, rektifikasiya, azeotrop qovulma, neft-polimer qatranı, reqressiya modeli
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2025
MÜNDƏRİCAT
- RADİKALLI METAL KOMPLEKSLƏRİN REAKSİYA QABİLİYYƏTİƏ.Ə.Məcidov, R.H.Ismayılov, P.A.Fətullayeva, D.B.Tağıyev
- POLİMER EMALI ÜÇÜN BİR-PAKET STABİLİZATORLARININ İSTİFADƏSİNİN TEXNİKİ, ELMİ VƏ PRAKTİK ÜSTÜNLÜKLƏRİ PERSPEKTİVLƏRİB.Conson, K.Kek-Antuan, N.S.Allen, M. Edge, S.Hüseyn, E.B.ZeynalovDavamı