Təqdim olunan işdə orta molekul kütləsi 40 kDa olan poli-N-vinilpirrolidonun 10% (kütlə) miqdarında N,N`-metilen-bis-akrilamidlə tikilməsindən alınmış mühitin pH-na həssas, suda şişə bilən hidrogel nümunəsinə immobilizə olunmuş tripsin fermentinin mühitə ayrılması prosesləri tədqiq olunmuşdur. Nəzarətli ayrılma prosesi nazik bağırsaq mühitinə yaxın olan pH=7 bufer mühitində öyrənilmişdir. Zamandan asılı olaraq preparatın ayrılması miqdari olaraq xarakterizə edilmişdir. Ayrılmanın kinetik məlumatları sıfır, birinci tərtib, Hiquçi kvadrat kök qanunu, Korsmeyer-Peppas və Hikson-Krovell kub kök kimi müxtəlif kinetik tənliklərə tətbiq edilmişdir. Müəyyən olunmuşdur ki, tripsinin ayrılması qeyri-Fikian diffuziya mexanizmi ilə baş verir və ayrılmanın istiqaməti yaxşı halda Korsmeyer-Peppas mexanizminə uyğun gəlməklə poli-N-vinilpirrolidon əsaslı gel əmələ gətirici materialdan kapsul tip farmaseptik formulaların hazırlanmasında istifadə etmək olar.
doi.org/10.32737/0005-2531-2025-1-75-82