ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
POLİMER EMALI ÜÇÜN BİR-PAKET STABİLİZATORLARININ İSTİFADƏSİNİN TEXNİKİ, ELMİ VƏ PRAKTİK ÜSTÜNLÜKLƏRİ PERSPEKTİVLƏRİ
B.Conson, K.Kek-Antuan, N.S.Allen, M. Edge, S.Hüseyn, E.B.Zeynalov

 

NO Dust (NDB) toz qarışıqlarının qəbulunun artma səbəbləri, onların istifadəsi ilə bağlı orijinal elmi, texniki və kommersiya məlumatları, həmçinin əvvəlki inkişaf mərhələlərində həyata keçirilmiş əməliyyatları araşdırılmışdır.  Bu yanaşmalardan bir çoxu fərqlidir, bəzilərini kəmiyyət baxımından qiymətləndirmək çətinlik yaradır, lakin ümumilikdə, onların hamısı bu məqalədə müzakirədən keçirilmişdir. Seçilmiş qatqı maddələr kombinasiyaları - fenol antioksidantları, metal deaktivatorları və fosfit maddələri əhatə olunmuşdur ki, onlar NDB ilə birlikdə tətbiq olunduqda əlavələrinin effektivliyini optimallaşdırmaq və artırmaq məqsədinə qulluq etmişdirlər. Differensial skan kalorimetrik (DSK) və uzunmüddətli istilik yaşlanması (UİY) metodları vasitəsilə aşkar edilmişdir ki, əvvəlcədən dispersiya edilmiş əlavələrin evtektik ərintiləri stabilizasiya effektivliyinin artırılmasına və polimer materialların emalının texnoloji cəhətdən asanlaşmasına səbəb ola bilər. Qatqıların tərkibində tozlar və ya hətta qranullar əvəzinə NDB tozsuz qarışığının istifadəsi nəticəsində məhsuldarlığın əhəmiyyətli dərəcədə artırdığını və əldə olunan məhsulun təmizlənməsi üçün texnoloji əməliyyatların sayını azaldığı müəyyən edilmişdir. Bu məqalənin məqsədi NDB texnologiyasının qısa icmalını vermək və ayrı-ayrı elmi, texniki və praktiki üstünlüklərini vurğulamaqdır. Nəticədə, mühəndislər və emalçılar, xüsusilə də yüksək tonnajlı polimer istehsalatlarında məşğul olan mütəxəssislər üçün faydalı məlumatlar təqdim edilmişdir.

 doi.org/10.32737/0005-2531-2025-1-25-39

Açar sözlər : tozsuz qarışıqlar, stabilizatorlar, termiki analiz, ərintilərin evtektik qarışıqları, polietilen, antiokcidantlar
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2025
MÜNDƏRİCAT
- RADİKALLI METAL KOMPLEKSLƏRİN REAKSİYA QABİLİYYƏTİƏ.Ə.Məcidov, R.H.Ismayılov, P.A.Fətullayeva, D.B.Tağıyev
- POLİMER EMALI ÜÇÜN BİR-PAKET STABİLİZATORLARININ İSTİFADƏSİNİN TEXNİKİ, ELMİ VƏ PRAKTİK ÜSTÜNLÜKLƏRİ PERSPEKTİVLƏRİB.Conson, K.Kek-Antuan, N.S.Allen, M. Edge, S.Hüseyn, E.B.ZeynalovDavamı