ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
RADİKALLI METAL KOMPLEKSLƏRİN REAKSİYA QABİLİYYƏTİ
Ə.Ə.Məcidov, R.H.Ismayılov, P.A.Fətullayeva, D.B.Tağıyev

 

İcmalda metal komplekslərinin qısa müddətli radikallarla (əsasən peroksid radikalı) və metal komplekslərinin (əsasən Cu(II) ionlarının) xelat əmələgətirən nitroksid radikalları ilə reaksiya qabiliyyətinin tədqiqatlarının nəticələri təqdim olunur. İlk dəfə alınan paramaqnit liqandların reaksiyaları - orto-oksiaromatik aldehidlərin törəmələrinin Şiff əsasları ilə iki nitroksid radikalı - 2,2,5,5-tetrametil-3-amino-pirolidin-1-oksid və 2,2,6,6-tetrametil-piperidin - 4-amino-1-oksilin reaksiyaları tədqiq olunur. Göstərilmişdir ki, beş üzvlü pirolidin radikalının törəməsində radikal mərkəz Cu(II) ionunun koordinasiya sferasına daxil olur və hidroksilaminə qədər reduksiya olunur.  Son nəticədə Cu(II) ionları arasında güclü antiferromaqnit qarşılıqlı təsirə malik olan ikinüvəli komplekslər əmələ gəlir. Nəticədə yaranan ikinüvəli komplekslər otaq temperaturunda xloroformla qarşılıqlı əlaqədə olduqda ondan HCl çıxarır və oksigenin iştirakı ilə piridinlə paramaqnit mononüvəli Cu(II) kompleksləri əmələ gətirir. İcmalın ayrı-ayrı bölmələri katalizator kimi nitroksid radikalları (əsasən TEMPO) ilə metal komplekslərdən istifadə etməklə spirtlərin və digər substratların oksidləşməsinin katalitik reaksiyalarına və qalaktoza oksidaz fermentinin biokimyəvi modelləri olan fenoksil radikalları ilə metal komplekslərinin katalitik reaksiyalarına həsr edilmişdir.

doi.org/10.32737/0005-2531-2025-1-5-24

Açar sözlər : qısaömürlü və sabit radikallar; peroxi radicallar; nitroksid və fenoksil radikallı reaksiyalar; spirtlərin katalitik oksidləşməsi; qalaktozooksidaza modelləri
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2025
MÜNDƏRİCAT
- RADİKALLI METAL KOMPLEKSLƏRİN REAKSİYA QABİLİYYƏTİƏ.Ə.Məcidov, R.H.Ismayılov, P.A.Fətullayeva, D.B.Tağıyev
- POLİMER EMALI ÜÇÜN BİR-PAKET STABİLİZATORLARININ İSTİFADƏSİNİN TEXNİKİ, ELMİ VƏ PRAKTİK ÜSTÜNLÜKLƏRİ PERSPEKTİVLƏRİB.Conson, K.Kek-Antuan, N.S.Allen, M. Edge, S.Hüseyn, E.B.ZeynalovDavamı