ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
POLİMER KARBON NİTRİDİN Ni-TƏRKİBLİ KOMPOZİTLƏRİ ÜZƏRİNDƏ QAZ-FAZADA ASETONUN İZOPROPANOLA HİDROGENLƏŞMƏSİ
V.M.Əhmədov, Vs.M.Əhmədov, Z.A.Səfiyeva, M.J.Xamiyev, D.B.Tağıyev

 

Yeni hazırlanmış nikel tərkibli karbon nitrid kompozitlərinin katalitik xüsusiyyətləri asetonun izopropanola hidrogenləşdirilməsi reaksiyasında tədqiq edilmişdir. Təcrübələr qaz fazasında normal təzyiqdə və 120–2000C temperatur intervalında aparılmışdır. Temperaturun, katalizatorun tərkibinin, H2/aseton molyar nisbətinin və asetonun axın sürətinin təsiri öyrənilmişdir. Ən yüksək aseton çevrilməsi və izopropanola görə seçicilik (>98-99%) 140–1800C-də və hidrogenin asetona 1–1.2 molyar nisbəti şəraitində müşahidə edilmişdir. Təcrübələrin yerinə yetirildiyi şəraitdə asetonun kondensasiyası məhsulları müşahidə edilməmişdir. Reaksiyanın temperaturu yüksəldikcə izopropil efirinin miqdarı bir qədər artır. Hidrogenin asetona molyar nisbəti 1–1.2 daxilində axın  sürətinin artması ilə acetonun konversiyası və izopropanol məhsuldarlığı bir qədər azalır. Bununla belə, izopropanol üçün seçiciliyin azalması asetonun çevrilməsi ilə müqayisədə daha az dərəcədə müşahidə olunur.

doi.org/10.32737/0005-2531-2025-2-104-113

Açar sözlər : aseton hidrogenləşməsi, izopropanol, karbon nitridi, nikel, heterogen kataliz
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2025
MÜNDƏRİCAT
- YAŞIL HİDROGEN – GƏLƏCƏYİN ENERJİ MƏNBƏYİDİRA.Ş.Əliyev, R.Q.Hüseynova, Ü.M.Qurbanova, A.O.Zeynalova, D.B.Tağıyev
- YAŞIL KİMYANIN PRİNSİPLƏRİ ƏSASINDA MİNERAL XAMMALIN EMALIA.Ə.Heydərov, G.İ.Alışanlı, A.B.MuradovaDavamı