İşdə diferensial termiki analiz, rentgenfaza analizi və skanedici elektron mikroskopiyası üsulları ilə GeTe-Sb2Te3 kvazibinar sistemində faza tarazlıqları yenidən tədqiq edilmiş və faza diaqramının yeni versiyası qurulmuşdur. Bu diaqramda ilk dəfə olaraq tetradimitəbənzər laylı quruluşlu altı üçlü birləşmənin – Ge4Sb2Te7, Ge3Sb2Te6, Ge2Sb2Te5, GeSb2Te4, GeSb4Te7 və GeSb6Te10 – əmələ gəlməsi göstərilmişdir. Müəyyən edilmişdir ki, ilk iki birləşmə bərkfaza reaksiyaları ilə, digərləri isə peritektik reaksiyalarla parçalanmaqla əriyirlər. Dəqiqləşdirilmiş faza diaqramında kiçik temperatur intervalında baş verən bir sıra nonvariant peritektik reaksiyalar əks olunmuşdur. Bütün üçlü birləşmələrin kristal qəfəs parametrləri Le-Bail metodu ilə dəqiqləşdirilmişdir. Sistemdə GeTe (~12 mol%) və Sb2Te3 (~10 mol%) əsasında homogenlik sahələri mövcuddur. Bundan əlavə, təxminən 10 mol% Sb2Te3 tərkibində romboedrik quruluşdan kubik quruluşa morfotrop faza keçidi aşkar edilmişdir. Kubik fazanın homogenlik sahəsi 700 K-də 2–3 mol% ilə məhdudlaşır
doi.org/10.32737/0005-2531-2025-2-95-103









.png)