ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ELEKTROKİMYƏVİ ÜSULLA ÇÖKDÜRÜLMÜŞ Sb2Se3 NAZİK TƏBƏQƏLƏRİNİN NEYTRAL MÜHİTDƏ ELEKTROKATALITİK XASSƏLƏRİNİN TƏDQİQİ
V.A.Məcidzadə, S.P.Cavadova, S.F.Cəfərova, A.M.Mirzəyeva, A.Ş.Əliyev

 

Elektrokimyəvi üsulla hazırlanmış Sb2Se3 nazik təbəqələrinin elektrokatalitik xüsusiyyətləri suyun elektrolizi ilə hidrogenin ayrılması prosesi üçün tədqiq edilmişdir. Suyun elektrolizi prosesində katalitik aktivliklərinin təyini üçün susuz elektrolitdən alınmış, termiki emal olunmuş Sb2Se3 nümunələri Ni elektrodu səthində tədqiq edilmişdir. Hesablamalara görə, Sb2Se3 Pt və Ni elektrodları ilə müqayisədə ən aşağı Tafel meylliliyi nümayiş etdirir. Fotoelektrokimyəvi tədqiqatlara görə, bu nümunələr işığa həssasdır və sudan hidrogenin ayrılması reaksiyasında fotokatod kimi istifadə edilə bilər. C-2-E qrafikinin potensial oxuna ekstrapolyasiyası -1,45 V-a (Ag/AgCl ilə müqayisədə) bərabər müstəvi zolaq potensialını Vfb verir. Bu qiymət elektroçökdürülmüş p-tip yarımkeçirici olan Sb2Se3 nazik təbəqələrinin verilmiş şərtlər daxilində sudan hidrogeni ayırmaq üçün termodinamik qabiliyyətini dəqiq şəkildə əks etdirir

doi.org/10.32737/0005-2531-2025-2-79-87

Açar sözlər : elektroçökmə, Sb2Se3 nazik təbəqələri, Tafel meylliyi, hidrogenin ayrılma reaksiyası (HER), elektrokatalizatorlar, müstəvi zolaq potensialı
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2025
MÜNDƏRİCAT
- YAŞIL HİDROGEN – GƏLƏCƏYİN ENERJİ MƏNBƏYİDİRA.Ş.Əliyev, R.Q.Hüseynova, Ü.M.Qurbanova, A.O.Zeynalova, D.B.Tağıyev
- YAŞIL KİMYANIN PRİNSİPLƏRİ ƏSASINDA MİNERAL XAMMALIN EMALIA.Ə.Heydərov, G.İ.Alışanlı, A.B.MuradovaDavamı