Məqalədə yarımkeçirici texnologiyanın maraq dairəsində olan Sb2Te3–PbTe, SnSb2Te4, SnSb4Sb7, Tl9SmTe6–Tl9BiTe6 və Tl9SmTe6–Tl8PbTe3–Tl9BiTe6, BiI3–Bi2S3–Bi2Te3 sistemlərındə likvidus və solidus sahələrinin, sürətli reaktorlar üçün nüvə yanacağı kimi maraq doğuran U-Nb ərintilərinin, heteroazeotrop qarışıqlar əmələ gətirən H2O-MMA (metil metakrilat) və H2O-furfural sistemlərinin faza diaqramlarının hesablanması və çoxölçülü modelləşdirilməsi üçün qeyri-səlis məntiq nəzəriyyəsinin çoxməqsədli genetik alqoritmi (MGA) vasitəsi ilə tətbiqinə aid işlərin xülasəsi verilmişdir. İkili birləşmələrdən, eləcə də üçlü birləşmələrdən stabil və metastabil bərk məhlulların əmələ gəlməsinin Gibbs enerjisinin temperatur-qatılıq asılılıqları qeyri-molekulyar birləşmələrin məhlullarının subreqular modelindən istifadə etməklə müəyyən edilmişdir. Təbii qaz və hidrogen qarışığı ilə titanomagnetit konsentratlarında maqnetitin sərbəst dəmirə birbaşa reduksiya edilməsi və V(+3)-dən (V+3)-ə qədər oksidləşməsi üçün temperatur və təzyiqin qeyri-müəyyənlik diapazonları, müəyyən edilmişdir. alüminium hidroksidinin alüminat məhlullarından çökdürülməsi prosesinin şəraiti müəyyən edilmişdir.
doi.org/10.32737/0005-2531-2025-2-36-51
