ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
YAŞIL KİMYANIN PRİNSİPLƏRİ ƏSASINDA MİNERAL XAMMALIN EMALI
A.Ə.Heydərov, G.İ.Alışanlı, A.B.Muradova

 

Son illərdə dünyada kimya istehsalına yeni yanaşma “yaşıl kimya” və ya “davamlı inkişaf üçün kimya” terminləri daha populyardır. Yaşıl kimya ─ kimya məhsullarının istehsalı və tətbiqi zamanı təhlükəli maddələrin istifadəsini, istehsalını azaldan və ya aradan qaldıran bir sıra prinsiplərin ifadəsidir. Məqalədə 1998-ci ildə amerikalı alim P.T.Anastas tərəfindən təklif edilmiş yaşıl kimyanın 12 prinsipinin şərhi verilmişdir. Eyni zamanda mineral xammalın kompleks emalı zamanı bu prinsiplərə necə əməl edilməsi işıqlandırılmışdır.  Göstərilir ki, ənənəvi mövcud texnologiyalar çətin zənginləşən filizlərin və selektiv konsentratların kompleks emalı zamanı müasir “yaşıl kimya”  prinsiplərinə cavab vermir. Məqalədə xammalın piro- və hidrometallurgiya üsulu ilə emalının müqayisəsi verilmiş və sonuncu üsulun üstün cəhətləri göstərilmişdir. Yaşıl kimyanın müasir problemlərə aid ədəbiyyatların və məqalələrin toplanması və təhlili aparılmışdır. Sonda Respublikamızın ərazisində mövcud olan 4 mineral sərvətin (polimetal sulfid filizi, alunit filizi, arsentərkibli kobalt filizi tullantıları və mis filizi) yaşıl kimya prinsipləri ilə emalının qiymətləndirilməsi aparılmış və bu prinsiplərdən necə istifadə etməyin texnoloji sxemlərlə təhlili verilmişdir.

doi.org/10.32737/0005-2531-2025-2-21-35

Açar sözlər : yaşıl kimya; prinsipləri; mineral xammalın email; yeni texnoloji emal üsulları; ekologiya
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2025
MÜNDƏRİCAT
- YAŞIL HİDROGEN – GƏLƏCƏYİN ENERJİ MƏNBƏYİDİRA.Ş.Əliyev, R.Q.Hüseynova, Ü.M.Qurbanova, A.O.Zeynalova, D.B.Tağıyev
- YAŞIL KİMYANIN PRİNSİPLƏRİ ƏSASINDA MİNERAL XAMMALIN EMALIA.Ə.Heydərov, G.İ.Alışanlı, A.B.MuradovaDavamı