ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Pb2Ga2S5–YbGa2S4 SİSTEMİNDƏ FAZA TARAZLIĞI VƏ BƏRK MƏHLUL ƏRİNTİLƏRİNİN RENTGENOQRAFİK VƏ ELEKTROFİZİKİ XASSƏLƏRİNİN TƏDQİQİ
R.M.Ağayeva, C.A.Ahmedova, A.A.Həsənov, K.N.Babanlı, G.Z.İskəndərova, G.Ə.Qafarova

 

Pb2Ga2S5 və YbGa2S4 birləşmələri arasında kimyəvi qarşılıqlı təsirin təbiəti fiziki-kimyəvi analiz metodları: diferensial-termiki (DTA), rentgenfaza (RFA), mikroquruluş (MQA) analizləri və həmçinin mikrobərkliyin və sıxlığın təyini metodları vasitəsilə  tədqiq edilmiş və  Pb2Ga2S5-YbGa2S4 sisteminin T-x faza diaqramı qurulmuşdur. Müəyyən edilmişdir ki, Pb2Ga2S5-YbGa2S4 sistemi PbS-Ga2S3-YbS kvaziüçlü sisteminin kvazibinar kəsiyi olub, evtektik tiplidir. Pb2Ga2S5 və YbGa2S4 birləşmələri arasında əmələ gələn evtektikanın tərkibi 30 mol % YbGa2S4, temperaturu 625oC-dir. Pb2Ga2S5-YbGa2S4 sistemində otaq temperaturunda hər iki birləşmələr əsasında  geniş sahədə bərk məhlul sahəsi aşkar edilmişdir. Müəyyən edilmişdir ki, sistemdə otaq temperaturunda  Pb2Ga2S5 birləşməsi əsasında 12 mol % YbGa2S4 həll olur, YbGa2S4  birləşməsi əsasında isə 18 mol %  Pb2Ga2S5 həllolma mövcuddur. (YbGa2S4)1-x (Pb2Ga2S5)x (x=0.03; 0.05; 0.10) bərk məhlul ərintilərinin rentgenoqrafik analizi aparılmış və onların qəfəs parametrləri hesablanmışdır.  Sistemdə əmələ gələn (YbGa2S4)1-x (Pb2Ga2S5)x (x=0.01; 0.03; 0.05; 0.07) bərk məhlul ərintilərinin elektrik keçiriciliyinin və termoelektrik hərəkət qüvvəsinin temperatur asılılığı öyrənilmişdir. Bərk məhlul ərintiləri yüksək müqavimətli yarımkeçirici materiallardır.

doi.org/10.32737/0005-2531-2025-3-81-89

Açar sözlər : faza, bərk məhlul, kvazibinar, evtektika, sıxlıq
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2025
MÜNDƏRİCAT
- DƏRMAN PREPARATLARININ İMMOBİLİZƏ OLUNMASI VƏ ÜNVANLI ÇATDIRILMASINDA AĞILLI POLİMERLƏRİN PERSPEKTİV TƏTBİQİA.R.Cavadzadə, S.M.Məmmədova, Ş.D.Tağıyev, N.A.Zeynalov, D.B.Tağıyev
- PİRAZİN VƏ TRİAZİN İLƏ MODULLAŞDIRILMIŞ TRİPİDİLAMİN LİQANDI İLƏ MİS (II) KOMPLEKSİ: SİNTEZİ, KRİSTAL QURULUŞU, MAQNİT VƏ ANTİMİKROB XÜSUSİYYƏTLƏRİS.Z.İsmayılova, M.H.Osmanlı, R.H.İsmayılov, D.B.Tağıyev, M.T.Hüseynova, K.R.Qəhrəmanova, A.A.Məcidov, B.Yalçın, F.F.Vəliyev, M.A.Bayramov, L.Ş.Quliyeva, O.Şahin, S.M.PengDavamı