Polipropilenin random birgəpolimeri əsasında kompozit materialların termodeformasiya xassələrinə lifli bazaltın miqdarının təsirinin öyrənilməsinin nəticələri təhlil edilmişdir. Doldurucunun miqdarı 1.0–30.0 kütlə% intervalında dəyişdirilmişdir. Göstərilmişdir ki, lifli bazaltın (LB) miqdarının artması ilə birinci növ faza keçidinin temperaturunda qeyri-bərabər dəyişiklik müşahidə olunur. 1.0 kütlə% miqdarında LB-ın daxil edilməsi kompozitlərin yumşalma temperaturunun əhəmiyyətli dərəcədə artmasına səbəb olur ki, bu da quruluş əmələ gətirici təsir və kristal fazanın qüsurluluğunun azalması ilə izah olunur. Tərkibində 20 və 30 kütlə% miqdarında LB olan kompozitlərin termomexaniki əyrisində bəzi əyilmələrin yaranması müəyyən olunmuşdur ki, bu da yüksək doldurulmuş nümunələrdə çoxsəviyyəli kristallik törəmələrin meydana çıxması ilə izah olunur. Derivatoqrafik analiz üsulu vasitəsilə LB-nin miqdarının ərimə və termodestruksiyanın temperatur diapazonuna təsiri öyrənilmişdir. Gpstərilmişdir ki, doldurucunun miqdarının artırılması ilə ərimənin temperatur diapazonunun 280C-dən 570C-dək genişlənməsi müşahidə olunur. Tərkibində 5 kütlə% miqdarında LB olan polipropilenin random birgəpolimeri nümunəsinin misalında seyrəktorlu və sıxtorlu tikilmş quruluşların alınması imkanı nəzərdən keçirilmişdir. Tikici agent kimi kükürd və dikumil peroksiddən istifadə olunmuşdur. Tikci agentlərin miqdarının termodeformasiya əyrilərinin dəyişməsi qaunauyğunluğuna təsiri müəyyən olunmuşdur. Kükürdün 3.0–5.0 kütlə% və dikumil peroksidin 0.25–0.50 kütlə% miqdarında kompozitdə yüksək elastiki hal sahəsinin meydana gəlməsinin prinsipial imkanı göstərilmişdir. Dikumil peroksidin 1.0–2.0 kütlə% miqdarında kompozit şüşələşir və ərintisinin axma qabiliyyətini itirir.
doi.org/10.32737/0005-2531-2025-3-63-70