Məqalə nanodeemulqatorlardan istifadə etməklə neftin ilkin hazırlanması (NİH) şəraitində ciddi ekoloji və texnoloji problemlər sırasında çirkab lay sularının tərs və düz neft emulsiyaların eyni zamanda parçalanması yolu ilə neftdən təmizlənməsi məsələsinə həsr edilmişdir. Müəlliflər Qazaxıstan Respublikasının “Kazpetrolgroup” MMC-nin NİH şəraitində çirkab lay sularının neftdən təmizlənməsi üzrə məqsədyönlü laboratoriya tədqiqatları aparmışlar. Demulqatorlara qarşı olan tələblər nəzərə alınmaqla, reagentlərin əsas xarakteristikaları üzrə IKHLAS-1, 2, 3 nanodemulqatorlarının Easy d01 baza demulqatoru ilə müqayisədə əhəmiyyətli üstünlükləri müəyyən edilmişdir. Easy d01 variantında laboratoriya sınaqlarında ilk dəfə olaraq ekoloji cəhətdən təhlükəli olan qəhvəyi rəngli çətin parçalanan su-neft emulsiyaları (ÇPSNE) vizual olaraq aşkar edilmişdir. IKHLAS-1, 2, 3 nanodemulqatorları isə əksinə, ÇPSNE ilə münasibətdə inhibitor xüsusiyyəi nümayiş etdirirlər. Yerinə yetirilən Botl-test nəticələri əsasında neftdə suyun, duzun, mexaniki qarışıqların qalıq qatılıqları və həmçinin suda neftin qatılğı baxımından İXLAS-1, 2, 3 nümunələri üçün yüksək texnoloji və ekoloji səmərəlilik müəyyən edilmişdir.
doi.org/10.32737/0005-2531-2025-3-33-40