ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
BOR- VƏ BORAZOT TƏRKİBLİ SÜRTKÜ-YANACAQ MATERİALLARI
Ə.R.Sucayev, N.N.Novotorjina, Ş.K.Kazımzadə, İ.P.İsmayılov, M.R.Səfərova, S.S.Əfəndiyeva

 

Asan əldə edilən ilkin maddələr əsasında müxtəlif tərkibli və strukturlu bor tərkibli birləşmələr sintez edilmişdir. İlkin maddələr kimi ksantogenat və ditiofosfat turşularının hidroksimetil efirlərindən, hidroksimetilsulfamiddən və bor turşusunun dialkil efirlərindən istifadə edilmişdir. Görülən işlər nəticəsində bir sıra bor və borazot tərkibli birləşmələr sintez edilmişdir. Sintez edilmiş birləşmələrin quruluşu və tərkibi onların fiziki-kimyəvi xassələri, element analizi, İQ-spektroskopiyası və qaz xromatoqrafiyası (QX) üsullarının öyrənilməsi ilə təsdiq edilmişdir. MC-20 aviasiya yağında S-(dialkiloksiboril)ksantogenatın və -diizopropilditiofosfatın triboloji xassələrinin tədqiq ilə onların yüksək siyrilməyə qarşı effektivliliyi müəyyən edilmiş,  eyni zamanda diizopropilditiofosfat turşusunun törəməsi yeyilməyə qarşı xassələri ilə xarakterizə olunur. Aşkar edilmişdir ki, S-(dialkiloksiboril)ksantogenatların siyrilmə xassələri bor turşusunun dialkil efirlərindəki radikallarının uzunluğundan asılıdır. Oxşar strukturlu ksantogenat turşusunun efiri ilə müqayisədə ditifosfat turşusunun bor tərkibli efirinin daha yüksək siyrilmə xassəsi göstərilmişdir. Mineral yağlarda həllolma qabiliyyətinin məhdud olması səbəbindən dibutoksiboriltoluolsulfamid yağlayıcı-soyuducu mayelərə (YSM) bakterisid aşqar kimi tədqiq olunmuşdur. Əldə edilmiş nəticələrin təhlili onların bu tətbiq sahəsində yüksək effektivliyini göstərmişdir.

 

doi.org/10.32737/0005-2531-2025-4-106-117

Açar sözlər : bor və bor-azot tərkibli maddələr, triboloji xassələr, yağlayıcı-soyuducu mayelər (YSM), yanacaq- sürtkü materialları
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2026
MÜNDƏRİCAT
- KATALİTİK KREKİNQ QAZLARININ BUTAN-BUTİLEN FRAKSİYASININ ÇEVRİLMƏSİ REAKSIYASINDA 5%Zr/КН-4/Al2O3 KATALİZATORUNUN OLİQOMERLƏŞDİRMƏ VƏ AROMATİKLƏŞDİRMƏ XASSƏLƏRİNİN TƏDQİQİS.B.Ağayeva, S.İ.Abasov, D.B.Tağıyev, Ş.F.Tağıyeva, Ü.N.Kərimova-Cəfərova, S.F.Əhmədbəyova
- TRİAZENLƏRLƏ METAL KOMPLEKSLƏRİNİN QURULUŞU, XASSƏLƏRİ VƏ TƏTBİQİE.A.Quliyeva, P.Ə.Fətullayeva, Ə.Ə.Məcidov, T.Y.ƏsgərovaDavamı