Amid əsaslı molekullar, struktur və funksional xüsusiyyətlərinə görə, əczaçılıq və aqrokimya sahələri də daxil olmaqla, müxtəlif elmi və sənaye tətbiqlərində mühüm rol oynayır. Bu tədqiqat, antimikrob xüsusiyyətlərini artırmaq məqsədilə yeni amid N-(2-bromoetil)-4-nitrobenzamidin sintezi və qiymətləndirilməsinə yönəlmişdir. Amid, piridin əsaslığında 4-nitrobenzoyl xlorid və 2-bromoetilamin hidrobromidin kondensasiya reaksiyası vasitəsilə sintez edilmişdir. Struktur xarakterizasiya ¹H və ¹³C NMR spektroskopiyası ilə aparılmış və amid rabitəsinin uğurla əmələ gəldiyi təsdiqlənmişdir. Antibakterial təsirini artırmaq üçün sintez olunmuş amid, dəyişdirilmiş Hummer üsulu ilə hazırlanmış qrafen oksid nanolayları ilə supramolekulyar kompleks yaratmaqla gücləndirilmişdir. Amidin və onun kompleksi ilə Staphylococcus aureus, Escherichia coli, Pseudomonas aeruginosa və Klebsiella pneumoniae bakteriya ştammlarına qarşı antibakterial aktivliyi qiymətləndirilmişdir. Nəticələr göstərmişdir ki, qrafen oksid amidin antimikrob potensialını artırır və minimum inhibitor konsentrasiyalarını (MIC) əhəmiyyətli dərəcədə azaldır. Bu tədqiqat antibakterial aktivliyi artırılmış yeni amid-qrafen oksid kompozitlərinin hazırlanması potensialını nümayiş etdirir.
doi.org/10.32737/0005-2531-2025-4-61-69
№4 2025







.png)