ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
QAZ BENZİNİNİN KOMPOZİSİYA TƏRKİBLİ KATALİZATORLARIN İŞTİRAKI İLƏ İZOMERLƏŞMƏSİ
M.T.Məmmədova, D.B.Tağıyev, S.İ.Abasov, Y.S.İsayeva, A.Ə.İskəndərova, A.Ə.İmanova, T.İ.Süleymanova

 

Kobalt və ya nikel ilə modifikasiya olunmuş mordenit seoliti (modulu 17) və sulfatlaşdırılmış sirkonium dioksid əsasında kompozisiya tərkibli katalizatorlar sintez edilmişdir. Bu katalizatorların iştirakı ilə qaz benzinin aşağı temperatur (160–2000C) və adi atmosfer təzyiqində izomerləşdirici çevrilməsi öyrənilmişdir. Katalizatorun komponentlərinin hər birinin bu prosesdə rolu tədqiq edilmişdir. Məlum olmuşdur ki, seolitə əlavə olunan metal  (kobalt və ya nikel) katalitik sistemin stabilliyini artırır, sirkonium dioksid prosesin temperaturunu aşağı salır, sulfat anionları isə izomerləşmənin daha sürətli getməsini təmin edir. Lakin bu komponentlər ayrı-ayrılıqda öyrənilən prosesdə, demək olar ki, aktiv deyildirlər və onlar prosesi birlikdə aparırlar. Sintez edilmiş katalitik sistemdə qaz benzininin aşağı və yuxarı molekul kütləli komponentlərinin orta molekul kütləli və əsasən izo-C5-C6 alkanlarına çevrildiyi müəyyən edilmişdir. Məlum olmuşdur ki, katalitik sistemin stabilliyi onun tərkibinə əlavə olunan metalın təbiətindən və katalizatorun hydrogen mühitində əvvəlcədən işlənilmə temperaturundan asılıdır. Müəyyən edilmişdir ki, sintez edilmiş katalitik sistemlər qaz benzinini ekoloji təmiz, yüksək oktanlı benzin komponentlərinə çevirmək qabiliyyətinə malikdir.

doi.org/10.32737/0005-2531-2025-4-52-60

Açar sözlər : qaz benzini, sirkonium dioksid, seolit, mordenit, izomerləşmə, yüksək oktanlı benzin komponenti
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2025
MÜNDƏRİCAT
- DƏRMAN PREPARATLARININ İMMOBİLİZƏ OLUNMASI VƏ ÜNVANLI ÇATDIRILMASINDA AĞILLI POLİMERLƏRİN PERSPEKTİV TƏTBİQİA.R.Cavadzadə, S.M.Məmmədova, Ş.D.Tağıyev, N.A.Zeynalov, D.B.Tağıyev
- PİRAZİN VƏ TRİAZİN İLƏ MODULLAŞDIRILMIŞ TRİPİDİLAMİN LİQANDI İLƏ MİS (II) KOMPLEKSİ: SİNTEZİ, KRİSTAL QURULUŞU, MAQNİT VƏ ANTİMİKROB XÜSUSİYYƏTLƏRİS.Z.İsmayılova, M.H.Osmanlı, R.H.İsmayılov, D.B.Tağıyev, M.T.Hüseynova, K.R.Qəhrəmanova, A.A.Məcidov, B.Yalçın, F.F.Vəliyev, M.A.Bayramov, L.Ş.Quliyeva, O.Şahin, S.M.PengDavamı