ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
N-ALLİL-N-(β-XLOR)ALLİLAMİNOBUTANDİKARBON TURŞUSUNUN SİNTEZİ VƏ POLİMERLƏŞMƏSİ
Ə.M.Qaramanov, N.X.Hüsiyev, R.Ə.Əhmədova, A.F.Məmmədova, M.Ş.Qurbanov, S.N.Allahverdiyeva

 

 

Aminoturşular zülalların tərkibinə daxil olan və canlı orqanizmlərdə biokimyəvi proseslərdə mühüm rol oynayan xiral birləşmələrdir. Onlar üzvi sintezdə qurucu bloklar, asimmetrik sintezlərdə katalizatorların komponentləri, ayırıcı agentlər və b. kimi geniş istifadə olunurlar. Bu məqsədlə, tərəfimizdən müəyyən edilmişdir ki, 1 mol aminobutandikarbon turşusunun 1 mol allilxlorid, 1 mol (β-xlor)allilxlorid və artıqlaması ilə götürulmüş natrium hidroksidin suda məhlulunda (pH 12) qarşılıqlı təsirindən 40-45% çıxımla yeni monomer – N-allil-N-(β-xlor)­allil­amino­butandikarbon turşusu (ABT) alınır. Sintez edilmiş ABT–nin su mühitində ammonim persulfat iştirakı ilə, inisiatorun  4х10-4–5х10-3 mol/l  qatılığında, polimerləşmə reaksiyası (Т= 60–70 ) zamanı suda həll olan kifayət qədər yüksək özlülüklü ([ηgətir.] = 0.15–0.17dl/q)  polimer alınmışdır. Müəyyən edilmişdir ki, polimerləşmə diallil qruplarının ikiqat rabitələri hesabına tsikloxətti mexanizm üzrə pirrolidin strukturlu polimerlərin əmələgəlməsi ilə baş verir.

 doi.org/10.32737/0005-2531-2026-1-119-127

Açar sözlər : aminobutandikarbon turşusu, allil xlorid, (β-xlor)allilxlorid, natrium hidroksidin suda məhlulu, N-allil-N-(β-xlor)allilaminobutandikarbon turşusu
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2026
MÜNDƏRİCAT
- KATALİTİK KREKİNQ QAZLARININ BUTAN-BUTİLEN FRAKSİYASININ ÇEVRİLMƏSİ REAKSIYASINDA 5%Zr/КН-4/Al2O3 KATALİZATORUNUN OLİQOMERLƏŞDİRMƏ VƏ AROMATİKLƏŞDİRMƏ XASSƏLƏRİNİN TƏDQİQİS.B.Ağayeva, S.İ.Abasov, D.B.Tağıyev, Ş.F.Tağıyeva, Ü.N.Kərimova-Cəfərova, S.F.Əhmədbəyova
- TRİAZENLƏRLƏ METAL KOMPLEKSLƏRİNİN QURULUŞU, XASSƏLƏRİ VƏ TƏTBİQİE.A.Quliyeva, P.Ə.Fətullayeva, Ə.Ə.Məcidov, T.Y.ƏsgərovaDavamı