Optimal sintez şəraiti yaradılmış və kalium asetatın kobalt(II), nikel(II) və mis(II) formiatlarla heterometallik koordinasiya birləşmələri sintez edilmişdir. Reaksiya məhsullarının çıxımı və sintez edilmiş birləşmələrin fiziki xassələri müəyyən edilmişdir. Alınan birləşmələrin elemen analizi enerji-dispersiv skanedici elektron mikroskopda aparılmışdır. Alınan məlumatların hesablanmış məlumatlarla eyniliyi müəyyən edilmişdir. SEM-EDA-nın nəticələrinə əsasən, metal ionları üçün çoxsaylı piklər, həmçinin sintez edilən birləşmələrin mikroskopik quruluşu müəyyən edilmişdir. Yeni komplekslərin kristallaşma dərəcəsi də müəyyən edilmişdir. Element analizi əsasında sintez edilmiş birləşmələrin empirik formulu hesablanmışdır. Sintez edilmiş birləşmələrin İQ spektrlərinin tədqiqi metal formiatların kalium asetatla qarşılıqlı təsiri zamanı asetat ionlarının metallarla bidentat-körpü koordinasiyasını göstərir. Molekulların enerji və həndəsi xassələri kvant-kimyəvi hesablama üsulları ilə hesablanır, rabitə uzunluqları və bucaq parametrləri müəyyən edilir.
doi.org/10.32737/0005-2531-2026-1-35-46









.png)