İcmal diariltriazenlərin və onların metallarla komplekslərinin sintezi, quruluşu, xassələri, tədqiqat üsulları və tətbiqi haqqında ətraflı məlumat verir. Diariltriazen birləşmələrinin müxtəlif törəmələri sistemləşdirilmiş və hər qrup haqqında geniş məlumat toplanmışdır. Triazenlərin və onların komplekslərinin struktur xüsusiyyətləri haqqında məlumatlar verilmişdir. İcmal göstərir ki, triazenid liqandları azot atomu vasitəsilə monomer və iki nüvəli komplekslər yaratmaq üçün xelatəmələgəlmə yolu ilə və ya metallotsikllər yaratmaq üçün iki metal mərkəz arasında körpü rolunu oynaya bilərlər. Diariltriazenlərlə olan metal kompleksləri aktiv katalitik və başlanğıc sistemlərin prekursorları ola bilər, çünki liqandlar reaksiya zamanı radikal parçalanma qabiliyyətinə malikdir. Onlar həmçinin ketonların və aldehidlərin hidrogenləşməsində sirkə turşusunun CH2Cl2-ə çevrilməsində, eləcə də naften-parafin karbohidrogenlərinin oksidləşməsi prosesində yüksək effektivlikli katalitik aktivlik nümayiş etdirirlər. İcmalda həmçinin triazenid komplekslərinin bioloji fəaliyyəti və praktiki tətbiqi perspektivləri haqqında məlumatlar təqdim edilir və mis, platin və gümüşün triazenid komplekslərinin lüminessent xassələrinə malik olması göstərilir.Treazenid komplekslərinin şiş əleyhinə dərmanlar (dakarbazin, temozolomid) kimi istifadə edildiyi sübut edilmişdir. Treazenid kompleksləri həm də üzvi sintezdə, məsələn, etinilfenil triazenlərin indazol və sinolin heterosikllərə çevrilməsində və s reagentlər kimi istifadə oluna bilər. İcmalın ayrı-ayrı bölmələrində keçid, qeyri-keçid, nəcib və nadir torpaq metalları olan diariltriazen komplekslərinin strukturları və xassələri müzakirə olunur.
doi.org/10.32737/0005-2531-2026-1-13-34
№1 2026







.png)