ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
TRİAZENLƏRLƏ METAL KOMPLEKSLƏRİNİN QURULUŞU, XASSƏLƏRİ VƏ TƏTBİQİ
S.B.Ağayeva, S.İ.Abasov, D.B.Tağıyev, Ş.F.Tağıyeva, Ü.N.Kərimova-Cəfərova, S.F.Əhmədbəyova

 

H.Əliyev adına NEZ-nun katalitik krekinq qurğusundan götürülən olefintərkibli xammalın 5%Zr/КН-4/Al2O3 katalizatoru üzərində çevrilməsi geniş temperatur intervalında Т=160-550ºС və V=500 saat-1, τ=1-6 saat reaksiya şəraitində axınlı tipli laboratoriya qurğusunda stasionar katalizator layında, atmosfer təzyiqində öyrənilmişdir. Xammal və reaksiya məhsullarının analizi Perkin Elmer AutoSystem XL markalı xromatoqrafda aparılmışdır. Alınmış katalizatın İQ spektrləri ALPHA İQ Furye  spektrometrində  (BRUKER Almaniya) 600-4000 sm-1 dalğa tezliyi diapazonunda çəkilmişdir. Müəyyən olunmuşdur ki, 5%Zr/КН-4/Al2O3 katalizatoru  180-220ºС temperatur intervalında yüksəkoktanlı fr.Σ(C5-C8) komponentlərin alınması ilə müşayət olunan oliqomerləşmə, eləcə də temperatur 3000C-dən 5500C-ə qədər artırıldıqda BTK fraksiyalarının alınması ilə müşaiyət olunan aromatikləşmə reaksiyalarında yüksək aktivlik göstərir. Butan-butilen fraksiyasının 550ºС temperaturda aromatikləşməsi zamanı ΣArK çıxımı 46.8% küt. selektivliyi isə 58.7% təşkil edir. Tədqiq olunan qazların 220ºС temperaturda çevrilməsi zamanı xammalın konversiyası 61.5 % küt. alınan faksiyaların selektivliyi isı % (ΣС5-С6-58,5; ΣС7-30,4; ΣС8-10,5) təşkil edir.  Reaksiya nəticəsində alınmış maye məhsulların İQ spektroskopiya ilə tədqiqi olefinlərin C=C rabitəsini xarakterizə edən 1640 sm-1 udma zolağının olmadığını müəyyən etmişdir. 1376 sm-1 və 1456 sm-1 udma zolaqları isə şaxələnmiş quruluşlu olduğunu sübut edir. Temperaturun 1800-dən 5500C qədər artması benzol həlqəsinin C—C rabitəsinin optiki sıxlığını artırır və 5000C-də optiki sıxlıq maksimum qiymətə çatır (0.034).

doi.org/10.32737/0005-2531-2026-1-5-12

Açar sözlər : oliqomerləşmə, aromatikləşmə, sənaye katalizatoru, yüksəkoktanlı komponentlər, konversiya, selektivlik, butan-butilen fraksiyası, İQ spektroskopiya
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2026
MÜNDƏRİCAT
- TRİAZENLƏRLƏ METAL KOMPLEKSLƏRİNİN QURULUŞU, XASSƏLƏRİ VƏ TƏTBİQİS.B.Ağayeva, S.İ.Abasov, D.B.Tağıyev, Ş.F.Tağıyeva, Ü.N.Kərimova-Cəfərova, S.F.Əhmədbəyova
- TRİAZENLƏRLƏ METAL KOMPLEKSLƏRİNİN QURULUŞU, XASSƏLƏRİ VƏ TƏTBİQİE.A.Quliyeva, P.Ə.Fətullayeva, Ə.Ə.Məcidov, T.Y.ƏsgərovaDavamı