ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ELEKTROKOAQULYASİYA METODU İLƏ KOBALT FİLİZİ EMALININ TULLANTI MƏHLULLARINDAN ARSENİN TƏMİZLƏNMƏSİ PROSESİNİN SƏTHİ CAVAB METODU (RSM) İLƏ OPTİMALLAŞDIRILMASI
A.Ə.Heydərov, A.B.Muradova, G.İ.Alışanlı, S.X.Kələntərova

 

Bu tədqiqat işində Daşkəsən kolbalt filizinin emalı zamanı alınan yuma məhlullarından arsenin elektrokoaqulyasiya üsulu ilə təmizlənməsi tədqiq edilmişdir. Elektrokoaqulyasiya (EK) üsulu arsenin sənaye tullantı sularından effektiv şəkildə çıxarılması üçün istifadə edilən prespektivli texnologiyadır. Prosesin müxtəlif parametrlərinin (AsO43‒ ionunun ilkin qatılğı, məhlulun ilkin və son pH-ı, elektroliz vaxtı, cərəyan sıxlığı, dəstəkləyici elektrolitin miqdarı (NaCl), yanaşı ionların iştirakı və s.) arsenat ionlarının çıxarılmasına təsiri öyrənilmişdir. Elektrokoaqulyasiya zamanı məhlula keçən dəmir ionlarının hidrolizi nəticəsində amorf çöküntü– koaqulyant Fe(OH)3 əmələ gəlir. Təcrübələr cərəyan şiddətinin və gərginliyin müxtəlif qiymətlərində, müxtəlif pH və vaxt intervallarında aparılmışdır. İlk dəqiqələrdə (U = 5.4 V, I = 0.125 A) anod zonasında dəmirin həllolmasından alınan pambıqvarı Fe(OH)2 və Fe(OH)3 çöküntülərinin AsO43‒ ionlarını sorbsiya etməsi müşahidə edilmişdir. Optimal əməliyyat müddəti 20 dəq, cərəyan sıxlığı 10 mA/sm2  və pH=7-8 müəyyən edilmişdir. Elektrokoaqulyasiya prosesi nəticəsində məhlulda arsenin qatılığı 0.05 q/l-dən  0.01 mq/l-ə qədər endirilmişdir. Bundan əlavə, elektrokoaqulyasiya prosesinin statistik modelləşdirilməsi və optimallaşdırılması məqsədilə Prosesin Səthi Cavab Metodu (RSM) tətbiq edilmişdir. Əsas amillər (arsenin ilkin qatılığı, elektroliz müddəti və pH) və onların qarşılıqlı təsirlərini təsvir edən kvadratik model qurulmuşdur. Dispersiya analizinin (ANOVA) nəticələri modelin statistik cəhətdən əhəmiyyətli olduğunu göstərmişdir (F = 4.42, p = 0.029), ən təsirli amil isə ilkin arsen qatılığı olaraq müəyyən edilmişdir (p = 0.001). RSM əsasında proqnozlaşdırılan maksimal arsen çıxarılması səmərəliliyi 96–99.5% diapazonunda olmuş və eksperimental nəticələrlə yüksək uyğunluq göstərmişdir. Bu, modelin prosesin optimallaşdırılması və sənaye miqyasında tətbiqi üçün adekvat olduğunu təsdiqləyir.

doi.org/10.32737/0005-2531-2026-2-125-137

Açar sözlər : arsen, elektrokoaqulyasiya, kolbalt, filiz, tullantı suları, səthi cavab metodu
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2026
MÜNDƏRİCAT
- CdS NAZİK TƏBƏQƏLƏRİNİN QEYRİ-SULU ETİLENQLİKOL ELEKTROLİTİNDƏN ÇÖKMƏ ŞƏRAİTLƏRİNİN ONLARIN TƏRKİBİNƏ TƏSİRİN.Ş.Soltanova, Ü.M.Qurbanova, A.O.Zeynalova, D.M.Babanlı, R.Q.Hüseynova, Z.S.Səfərəliyeva, T.A.Əliyev, H.Ç.Əliyeva, D.B.Tağıyev
- MODİFİKASİYA EDİLMİŞ SEOLİT KATALİZATORU ÜZƏRİNDƏ PROPANNIN AŞAĞI MOLEKULLU KARBONİL BİRLƏŞMƏLƏRİNƏ PARSİAL OKSİDLƏŞMƏSİNİN KİNETİKASI VƏ MEXANİZMİA.M.Əliyev, G.A.Əli-zadə, M.Q.Əliyeva, A.A.Fətullayeva, A.R.Səfərov, Z.A.Şabanova, T.İ.Hüseynova, R.Y.AğayevaDavamı