İon mübadiləsi yolu ilə Ca²⁺, Sn²⁺ və Li⁺ kationları ilə modifikasiya olunmuş silikat modulu λ = SiO₂/Al₂O₃ = 10.8 olan təbii klinoptilolitin katalitik aktivliyi propanın oksigenin təsiri altında aşağı molekullu karbonil birləşmələrinə (formaldehid, asetaldehid, metil spirti və sirkə turşusu) parsial oksidləşdirilməsi reaksiyasında tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, bu reaksiyada ən yüksək aktivliyi λ = 10.8 silikat modulu olan, tərkibində 10.0 kütlə% Ca²⁺ 7.0. kütlə% Sn²⁺ və 8.0 kütlə% Li⁺ olan klinoptilolitdə müşahidə olunur. Bu katalitik reaksiyanın kinetikası öyrənilmişdir. Eksperimental məlumatlara əsaslanaraq ehtimal olunan mərhələli mexanizm təklif edilib və prosesin nəzəri cəhətdən əsaslandırılmış kinetik modeli işlənib hazırlanmışdır.
doi.org/10.32737/0005-2531-2026-2-13-20
№2 2026







.png)