ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
NATRİUM DİKLOFENAKIN SULU MÜHİTDƏ QRAFEN OKSİDİ İLƏ ADSORBSİYASI
V.M.Əhmədov, R.M.Alosmanov, A.D. Quliyev, S. S. Abbasova, N. A.Ağayeva, Z.Ə.Səfiyeva, Vs.M.Əhmədov, A. M. Sərdarlı, G.F.Həsənov

Qrafen oksidi Hummers metodu ilə sintez edilmiş və rentgen difraksiyası, skan edici elektron mikroskopiyası, Furye çevirmə infraqırmızı və ultrabənövşəyi görünən spektroskopiya ilə xarakterizə edilmişdir. Əldə edilən material, natrium diklofenakı sulu mühitdən sorbsiyası üçün adsorbent kimi istifadə edilmişdir. Proses parametrlərinin (pH, natrium diklofenak qatılığı, təmas müddəti və adsorbent dozası) qrafen oksidinin sorbsiya səmərəliliyinə təsiri araşdırılmışdır. Langmuir və Freundlix adsorbsiya modellərinin eksperimental natrium diklofenak adsorbsiya izotermlərinin təsviri üçün tətbiqinin müqayisəli tədqiqi aparılmışdır.

Açar sözlər : Qrafen oksidi; adsorbent; suyun təmizlənməsi; natrium diklofenakın sorbsiyası; materialın xarakteristikası
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı