ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ABŞERON YARIMADASINDAKI NEFT ŞLAMLARININ FİZİKİ-KİMYƏVİ ANALİZİ
Q.S. Əliyev, E.F. Əliyev, X.M. Abbaslı, X.Ş. Haciahmədzadə, Ş.D. Əliyeva

Bu tədqiqat Abşeron yarımadasının çirklənmiş ərazilərindən götürülmüş neft şlamı nümunələrinin fiziki-kimyəvi xüsusiyyətlərinin analizi, tədqiqi və öyrənilməsi nəticələrini təqdim edir. Müəyyən edilmişdir ki, Bibiheybət və Balaxanı yataqlarından götürülmüş neft şlamı nümunələrində ağır metalların — xüsusilə qurğuşun (Pb), kadmium (Cd), vanadium (V) və nikel (Ni) — konsentrasiyaları mövcud beynəlxalq və yerli ekoloji təhlükəsizlik standartlarını əhəmiyyətli dərəcədə aşır.Ətraflı analiz məqsədilə FTIR və İQ (infraqırmızı) spektroskopiya üsullarından istifad ə edilmişdir. İQ spektrlər Agilent MicroLab FTIR proqram təminatı vasitəsilə analiz olunmuşdur. Aparılan analiz zamanı alifatik karbohidrogenlər (C–H valent titrəyişləri), aromatik karbohidrogenlər (C=C valent titrəyişləri), karbonil qrupları (C=O valent titrəyişləri), hidroksil qrupları (-OH valent titrəyişləri) və karboksil turşuları (–COOH titrəyişləri) kimi əsas funksional qruplar müəyyən edilmişdir.Beləliklə, neft şlamının element və molekulyar analizində ICP-OES və FTIR spektroskopiya metodlarının tətbiqi nəticəsində əldə edilən detallı məlumatlar Abşeron yarımadasında ekoloji idarəetmə, çirklənmənin azaldılması və effektiv təmizləmə tədbirləri üçün fundamental elmi və texniki əsas təşkil edir.

Açar sözlər : neft şlamı, Abşeron yarımadası, FTIR spektroskopiyası, ICP-OES, ağır metallar, ekoloji çirklənmə, rekultivasiya
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı