Ag8SnSe6-Ag7SnSe5I sistemində faza tarazlıqlarının diferensial termiki və rentgenfaza analizlərilə tədqiqinin nəticələri təqdim olunmuşdur. Müəyyən edilmişdir ki, Ag8SnSe6–Ag7SnSe5I sistemi Ag7SnSe5I ilə Ag8SnSe6 birləşmələrinin yüksək temperaturlu kubik modifikasiyası arasında arasıkəsilməz bərk məhlul məhlulların, eləcə də sonuncu birləşmənin aşağı temperaturlu modifikasiyasının əsasında məhdud bərk məhlulların əmələ gəlməsi ilə xarakterizə olunur. Bərk məhlulların əmələ gəlməsi Ag8SnSe6 birləşməsinin polimorf keçid temperaturunun azalmasına və otaq temperaturunda yüksək temperaturlu kubik fazasının stabilləşməsinə gətirib çıxarır. Əldə edilən nəticələr Ag8SnSe6–Ag7SnSe5I sistemində Se↔I əvəzlənməsi ilə bərk məhlulların kristal yetişdirilməsi baxımından maraq doğurur.









.png)