Sulfatlaşdırılmış sirkonium dioksid və kobaltla modifikasiya olunmuş HZSM-5 seoliti əsasınta kompozisiya tərkibli katalizatorlar sintez edilmiş və onların iştirakı ilə qaz benzininin çevrilməsi öyrənilmişdir. Məlum olmuşdur ki, bu katalizatorların iştirakı ilə qaz benzininin çevrilməsi zamanı onun C4- və C7+ komponentləri i-C5, n-C5 və i-C6 alkanlarına çevrilir. Proses zamanı əmələ gələn [C4- - C7+] bimolekulyar intermediatı iki istiqamətdə parçalanır və sistemdə iki proses gedir: izomerləşmə və hidrokreking. Bu proseslərin sürəti reaksiyanın temperaturundan və sulfat anionlarının miqdarından asılıdır: izo-alkanların alınması 1800C-də maksimumdan keçir və ən yaxşı izomerləşdirici katalizator 2% sulfat anionlarına malik katalizatordur. Məlum olmuşdur ki, sintez olunmuş katalizatorlar qaz benzinini yüksək oktankı benzin komponentlərinə çevirməyə imkan verir.









.png)