ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
FENOLUN ZSM 5 KATALİZATORU İŞTİRAKINDA 1( METİLTSİKLOHEKSENLƏRLƏ TSİKLOALKİLLƏŞMƏ REAKSİYALARI
Ü.R. Qurbanova, Ç.Q. Rəsulov, G.C. Həsənova, M.V. Nağıyeva, G.Z. Heydərli, A.M. Məmmədova, G.F. Hacıyeva, K.Ş. Əliyeva Paşayeva

Təqdim olunan işdə fenolun 1( metiltsikloheksenlərlə tsikloalkilləşmə reaksiyaları ZSM 5 tipli seolit katalizatorunun iştirakı ilə fasiləli rejimdə tədqiq edilmişdir. Tədqiqatın əsas məqsədi yüksək çıxım və seçiciliyə malik para--[1( metiltsikloheksil]fenolların alınması üçün optimal reaksiya şəraitinin müəyyən edilməsi olmuşdur. Müəyyən edilmişdir ki, ZSM 5 katalizatoru özünün forma selektiv xüsusiyyətləri sayəsində reaksiyanın istiqamətlənməsində mühüm rol oynayır və para izomerin üstünlük təşkil etməsini təmin edir. Kinetik parametrlərin temperaturun, başlanğıc maddələrinin mol nisbəti, reaksiya müddəti və katalizatorun miqdarının sistemli şəkildə öyrənilməsi nəticəsində optimal şərait müəyyən olunmuşdur. Aparılan təcrübələr göstərmişdir ki, fenolun 1 metiltsikloheksenlə reaksiyası üçün tapılmış optimal şəraitdə (temperatur 110⁰C, mol nisbət 1:1, müddət 5 saat, katalizator miqdarı 7.5%) məqsədli məhsulun çıxımı 85.4%, seçicilik isə 89.7% təşkil edir. Eyni şəraitdə 3 metiltsikloheksen üçün müvafiq olaraq 82.1% çıxım və 87.8% seçicilik əldə olunmuşdur. Əldə olunan məhsulların quruluşu İQ və NMR spektroskopiyası ilə təsdiqlənmiş, ZSM 5 katalizatorunun digər katalizatorlarla müqayisədə daha səmərəli olduğu müəyyən edilmişdir.

Açar sözlər : fenol, 1( metiltsikloheksenlər, katalizator, tsikloalkilləşmə, para metiltsikloheksilfenollar
Məqaləyə baxın