ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Cu₈SiS₆–Cu₈SiSe₆ SİSTEMİNDƏ FAZA TARAZLIQLARI VƏ Cu₈SiS₆₋ₓSeₓ BƏRK MƏHLULLARININ XARAKTERİSTİKASI
L.F. Maşadiyeva, A.N. Poladova, G.F. Həsənov, U.R. Bairamova, M.B. Babanlı

Argirodit ailəsi birləşmələri ekoloji cəhətdən təhlükəsiz funksional materiallar olub, termoelektrik, fotoelektrik və optik xassələri, həmçinin Ag⁺ və Cu⁺ ionlarının yüksək hərəkətliliyi ilə əlaqədar əhəmiyyətli ion keçiriciliyi ilə xarakterizə olunur. Bu tədqiqatda Cu8SiS6-Cu8SiSe6 argirodit sistemində faza tarazlıqları diferensial termiki analiz, rentgenfaza analizi, skanedici elektron mikroskopiyası və mikrobərklik ölçmələri vasitəsilə öyrənilmişdir. Müəyyən edilmişdir ki, sistem təbiətinə görə kvazibinardır və ilkin birləşmələrin yüksəktemperaturlu modifikasiyaları arasında fasiləsiz bərk məhlul sırasının (δ-faza) əmələ gəlməsi ilə xarakterizə olunur. Eyni zamanda, ilkin birləşmələrin aşağıtemperaturlu modifikasiyaları əsasında geniş homogenlik sahələrinə malik geniş bərk məhlul oblastları formalaşır. Bərk məhlulların əmələ gəlməsi ilkin fazaların polimorf çevrilmə temperaturlarının azalması ilə müşayiət olunur. Bunun nəticəsində yüksəktemperaturlu δ-fazanın otaq temperaturunda Cu8SiSe6-nın 30–75 mol% miqdarına uyğun geniş tərkib intervalında stabilləşməsi baş verir. Sintez edilmiş bərk məhlulların kristal qəfəs parametrləri müəyyən edilmiş və onların tərkibdən asılılığının Vegard qanununa uyğun olaraq xətti xarakter daşıdığı müəyyən olunmuşdur.

Açar sözlər : mis-silisium sulfide, mis-silisium selenidi, arqirodit tipli birləşmələr, faza tarazlıqları, polimorf çevrilmə, bərk məhlullar.
Məqaləyə baxın