Bu məqalədə Bi2O3 - B2O3 - Nd2O3 üçlü sistemi DTA və RFA metodları ilə öyrənilmiş, şüşəəmələgəlmə sahəsinin sərhədləri təyin edilmiş, Bi2O3 - Nd2O3·B2O3 kəsiyindən bəzi tərkiblərin elektrik
və istilik xassələri tədqiq edilmişdir. Bi2O3–B2O3–Nd2O3 üçlü sistemində şüşəəmələgəlmə sahəsinin genişlənməsi, sistemdə şüşəəmələgətirən 3Bi2O3·Nd2O3·6B2O3 tərkibli birləşmənin olması ilə əlaqədar olduğu təsbit edilmişdir. Müəyyən edilmişdir ki, (Bi2O3)95 – (Nd2O3·B2O3)5 tərkibli nümunədə nisbətən ağağı temperaturlarda (T ≤ 420K) fononların nöqtəvi defektlərdən və akustik fononlardan səpilməsi baş verir. Temperaturun artması ilə optik fononlardan səpilmə intensivləşir və fononların optik fononlardan səpilməsi güclənir. Nəticədə istilik müqaviməti kəskin artır. Ona görə də bu tərkibin istilikkeçiriciliyi və uyğun olaraq elektrikkeçiriciliyi çox kiçikdir. Təcrübələr nəticəsində müəyyən edilmişdir ki, (Bi2O3)75 – (Nd2O3·B2O3)25 tərkibli nümunədə volt-amper xarakteristikası qeyri-xətti dəyişir, elektrik müqaviməti R≈106÷108 Om tərtibindədir. Bu da qeyd olunan tərkibdən praktikada 300÷440K temperatur intervalında varistor kimi termorizistorların istehsalında istifadə etməyə imkan verir.
№4 2026







.png)