N-2-OKSİFENİLSULFANİLİDLƏRİN TÖRƏMƏLƏRİNİN SİNTEZİ VƏ ONLARIN XASSƏLƏRİ
Arilsulfoxloridlərlə 2- və 4-oksiəvəzolunmuş anilinlərlə reaksiya öyrənilmişdir. Müəyyən edilmişdir ki, reaksiyanin istiqaməti və maddə cıxımı ilkin maddələrin, xüsusən də aromatik aminlərin quruluşundan çox asılıdır. Sintez olunmuş sulfanilidlərin reaksiyaya girmək qabiliyyəti öyrənilmişdir. Aydın olmuşdur ki, aromatik fraqment 2-vəziyyətdə OH- və OCH3 olduqda xlorasetonitrillə reaksiyadan benzoksazin-1,4 alınır. Anilində 4-vəziyyətdə metoksiqrup olduqda xlorasetonitril və butilyodidlə silfamid azotunda alkilləşmə reaksiyası gedir. Sintez olunmuş sulfamidlərin sınaqları quruluşdan asılı olaraq onların yüksək keyfiyyətli antimikrob və fungisid xassələrə malik olduqları müəyyən edilmişdir.
Açar sözlər : arilsulfoxlorid, sulfanilid, xlorasetonitril, bakterisid, fungisid
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI

MÜNDƏRİCAT
- YAŞIL HİDROGEN – GƏLƏCƏYİN ENERJİ MƏNBƏYİDİR- YAŞIL KİMYANIN PRİNSİPLƏRİ ƏSASINDA MİNERAL XAMMALIN EMALIDavamı