Xloralifatik karbohidrogenlərin vanadium əsaslı oksid katalizatorlarının iştirakında 400–6000C temperatur intervalında oksidləşmə reaksiyaları tədqiq edilmişdir. Tərkibində olan karbon atomlarının artması ilə onların reaksiya qabilliyinin artması göstərilmiş, katalitik sistemlərin aktivlik sırası müəyyən edilmişdir. Eyni zamanda xlorlu C4 olefin karbohidrogenlərinin V–P–O/Al2O3 və V–P–O/SiO2 katalizatorlarının iştirakı ilə malein və xlor malein anhidridlərinə oksidləşməsi öyrənilmişdir. Olefinlərin tərkibindəki xlor atomlarının miqdarından, yerindən və ikiqat rabitənin mövqeyindən asılı olaraq oksidləşmə reaksiyasının istiqamətini proqnozlaşdırmağın mümkünlüyü göstərilmişdir. Xlorlu butadienlərin də selektiv oksidləşmə istiqamətləri və onların reaksiya qabilliyi müəyyən edilmişdir. İlkin oksidləşmə reaksiyasının aralıq və son məhsullarının oksidləşmə reaksiyasının sürətinə təsiri müəyyənləşdirilərək göstərilmişdir ki, reaksiyanın əsas məhsulları reaksiyanın sürətinə tormozlaşdırıcı təsir göstərmir. Xlorlu C4 karbohidrogenlərinin xlormalein anhidridlərinə oksidləşməsinin aralıq xlorfuranon tipli birləşmələrdən keçməsi ilə baş vermə mexanizmi müəyyən edilmişdir. Xlorbenzolların xlormalein anhidridlərinə oksidləşməsinin paralel–ardıcıl oksidləşmə reduksiya mexanizmi ilə getməsi göstərilmişdir.