Məqalədə karbon nanoborularının (KNB) iştirakı ilə karbohidrogenlərin hidrogen-peroksidlə oksidləşməsinə aid Thomson Reuters elektron bazasına daxil olan ən müasir nəşrlərin icmalı göstərilmişdir. İcmalda hidrogen-peroksidlə karbohidrogenlərin oksidləşməsində katalizator kimi KNB istifadəsinin iki aspekti nəzərdən keçirilmişdir – 1) metal katalizatorları üçün aktiv daşıyıcı və 2) katalitik sistemlərin əsas komponenti kimi. Göstərilmişdir ki, KNB-nın tərkibinə metalların və metal oksidlərinin daxil edilməsi, boruların katalitik aktivliyini dəfələrlə artıraraq, reaksiyanı hətta otaq temperaturunda son məhsullara görə yüksək selektivliklə aparmağa imkan verir. KNB hidrogen-peroksidin oksigenin aktiv hissəciklərə parçalanmasının güclü promotoru kimi və aromatik birləşmələrin, əsasən fenolların effektiv katalizatorları kimi iştirak edirlər. Beləliklə, KNB bir sıra məlum ekoloji problemlərin həllində neft çirkləndiricilərinin hidrogen-peroksidlə parçalanması üçün aktiv katalizator kimi istifadə oluna bilər.