ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
FAZA DİAQRAMLARI MÜRƏKKƏB TALLİUM XALKOGENİDLƏRİ ƏSASINDA TOPOLOJİ İZOLYATORLARIN DİZAYNINDA
Z.S.Əliyev, M.B.Babanlı

 

Tallium xalkogenidləri əsasında topoloji izolyatorların (Tİ) dizaynının kimyəvi aspektlərinə aid işlərin qısa icmalı verilir. Tİ xassələrinə malik TlBVX2 tipli birləşmələrin əmələ gəldiyi Tl–BV–X (BV – Sb, Bi, X – Se, Te) üçlü sistemlərdə faza tarazlıqlarına aid məlumatlar sistemləşdirilmişdir. Həmçinin Tl–Sb–Bi-X və Tl–BV–X–X¢ dörd komponentli sistemlərinin Tl2X–Sb2X3–Bi2X3 kvaziüçlü və 3Tl2X+BV2X3↔3Tl2X¢+BV2X3 qarşılıqlı müstəviləri üzrə faza tarazlıqlarına aid nəticələr ümumiləşdirilmiş  və göstərilmişdir ki, bu sistemlər TlBVX2 və BV2X3 birləşmələri əsasında, potensial 3D Tİ materiallar olan geniş bərk məhlul sahələrinin əmələ gəlməsilə xarakterizə olunur. Baxılan sistemlərin faza diaqramları müvafiq Tİ fazaların iri monokristallarının alınması üçün geniş imkanlar açır.

 

Açar sözlər : tallium–bismut(stibium) xalkogenidləri, topoloji izolyatorlar, faza diaqramları, bərk məhlullar, kristal yetişdirmə, kristal quruluşu
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı