ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
HİDROTERMAL ŞƏRAİTDƏ METAL NİTRATLARIN FORMALDEHİD, ETİLENQLİKOL VƏ QLİSERİNLƏ REDUKSİYASI
Ə.Ə.Məcidov, P.Ə.Fətullayeva, S.A.Ağayeva, B.Yalcın, S.T.Cəfərova, V.M.Əhmədov, M.H.Abbasov

 

Hidrotermal üsulla 220–2300C-də kobalt, nikel, mis, sink və  alüminium nitratların formaldehid, etilenqlikol və qliserinlə reduksiyası öyrənilmişdir. Göstərilmişdir ki, 2400C-dən aşağı temperaturda metal karboksilatları (oksalatları, formiatları) alınır. Nisbətən yüksək temperaturlarda metal oksidləri və karbonatları alınır. Xüsusi şəraitdə Cu və Ni yüksək dispers metallik tozlarını almaq olur. 2400C-dək alınmış nümunələrin sonradan 5000C-dək qızdırılması orta ölçüsü 30–60 nm olmaqla metal oksidlərinin nanotozlarının alınması ilə nəticələnir.

 

Açar sözlər : hidrotermal reduksiya, metal nitratları, nanohissəciklər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı