ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SİNXRONLAŞDIRILMIŞ KİMYƏVİ REAKSİYALARDA MAKROSKOPİK KOHERENTLİK: KİMYƏVİ SİSTEMLƏRİN ÖZÜTƏŞKİLLƏNMƏSİNƏ YOL
T.M.Nağıyev

 

Kimya özütəşkillənən və özübirləşən kimyəvi sistemlərin yaranma qovuşağında yerləşir; sistemlərdə yerinə yetirilən alqoritmlər son məhsulun bir reaksiya mühitində qısa müddət ərzində, yüksək seçiciliklə alınması üçün kimyəvi reaksiya qruplarına ansambl kimi birləşməyə imkan verir. Canlı orqanizmdə məqsədli məhsulun hüceyrə səviyyəsində sintezi demək olar ki, dərhal baş verir; bu isə yalnız hüceyrə səviyyəsində gedən kimyəvi reaksiyalar ansanblı kimi koherent sinxronlaşdırılmış reaksiyalar şəraitində mümkündür. Təəssüf ki, bu reaksiyalar ferment ansamblların iş prinsipini (fərdi fermentlərin iş prinsipindən fərqli olaraq) izah edən adekvat nəzəriyyələrin mövcud olmaması səbəbindən təcrübədə analoji kimyəvi sistemlərin inkişafı üçün həyata keçirilməmişdir. Koherent sinxronlaşdırılmış reaksiyaların işlənmiş makroskopik nəzəriyyəsi eksperimental tədqiqatlarla adekvat şəkildə təsdiq olunmuşdur. Burada biz koherent sinxronlaşdırılmış reaksiyaların eksperimentlə təsdiq olunmuş modtlini və onun determinant tənliyindən və koherent korrelyasiyadan ibarət riyazi aparatını təqdim edirik. Beləliklə, reaksiya ansambllarının özütəşkillənməsi eyni zamanda həm güclənə, həm də zəifləyə bilər, deməli bu səbəbdən induksiyalanmış makroskopik koherentlik bir neçə ferment ansamblının təşkilinə kömək edən prinsipin əsası kimi təklif oluna bilər.

 

Açar sözlər : koherent sinxronlaşdırılmış kimyəvi reaksiyalar, özütəşkillənən kimyəvi sistemlər.
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı