ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SELLÜLOZTƏRKİBLİ TƏBİİ MATERİALLARDAN SELLÜLOZUN XÜSUSİ XASSƏLİ TÖRƏMƏLƏRİNİN ALINMASI VƏ ONLARIN ƏSAS İSTİFADƏ SAHƏLƏRİ
Y.İ.Rüstəmov, Ş.H.Məmmədova, G.Y.Rüstəmova, V.H.Nəsirova, Ü.Ə.Quliyeva

 

Makromolekullarında müxtəlif karboksimetil qrupları olan karboksimetilsellülozun natrium və kalium duzları (Na-, K-KMS) laboratoriya şəraitində sintez olunmuşdur. Bu proseslərdə əsas xammal kimi təmizlənmiş ağac yonqarından və pambıqtəmizləmə zavodlarının tullantılarından istifadə edilmişdir. Alınmış məhsulların əsas istifadə sahələri kimi quyulardan emulsiya üsulu ilə neftin çıxarılması və mineral gübrə dənələrinin kapsullaşdırılması təsdiqlənmişdir. Na-KMS-nin emulsiya üsulu ilə neftçıxarmada, K-KMS-nin isə gübrə dənələrinin kapsul­laşdı­rılmasında istifadəsi prosesləri tədqiq olunmuşdur. Başqa emulqatorlarla müqayisədə Na-KMS-nin quyulardan yüksək neftçıxarma əmsalını təmin etməsi müəууən edilmişdir.

 

Açar sözlər : sellüloz, törəmələr, xüsusi xassələr, neftçıxarma əmsalı, emulsiya üsulu, polimer səthi-aktiv maddələr, suyun səthi gərilməsi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı