ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
1,10-DİAZA-18-KRAUN-6 YENİ TÖRƏMƏLƏRİNİN SİNTEZİ VƏ TƏDQİQİ
V.M.Fərzəliyev, O.Q.Nəbiyev, Z.O.Nəbizadə, L.R.Səfərova, G.B.Babayeva

İlk dəfə 1,10-diaza-18-kraun-6 R-(+)-α-feniletilizosianatla reaksiyasından xiral törəməsi sintez edilmişdir. Həmçinin 1,10-bis-metoksimetil-1,10-diaza-18-kraun-6 trimetilsililazid (TMSN3) və 2,3,3-trime­tildi­azi­ri­dinlə aminometilləşmə reaksiyası nəticəsində ilk dəfə olaraq 1,10-bis-azidometil-1,10-diaza-18-kraun-6 və 1,10-bis-(2,2,3-trimetilaziridinometil)-1,10-diaza-18-kraun-6 maddələri alınmış və onların qu­ruluşu müasir fiziki-kimyəvi usullarla təyin olunmuşdur. Müəyyən olunmuşdur ki, 1,10-bis-azidometil-1,10-diaza-18-kraun-6 sulu metanolda dönməz olaraq 1,10-bis-qidrazid 1,10-diaza-18-kraun-6 çevrilir və onun quruluşu həm də RSA ilə müəyyən edilmişdir. Digər tərəfdən 1,10-bis-azidodimetil-1,10-diaza-18-kraun-6 dimetilasetilendikarboksilatla birləşmə reaksiyasından 1,10-bis-triazol-1,10-diaza-18-craun-6 alınmışdır

Açar sözlər : 1,10-diaza-18-kraun-6; R-(+)-α-feniletilizosianat; trinitrofenol; 1,10-bis-metoksimetil-1,10-di¬aza-18-kraun-6; 1,10-bis-azidometil-1.10-diaza-18-kraun-6; 1,10-bis-azido-1,10-digidrodiaza-18-kraun-6; 1,10-bis-(2,3,3-trimetildiaziridinometil)-1,10-diaza-18-kraun-6; trimetilsililazid; 2,3,3-trimetildiaziridin; dimetilasetilendikarboksilat
Məqaləyə baxın