ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
DƏMİRİN MİSDƏN 1-HİDROKSİ-2-NAFTOY TURŞUSU İLƏ EKSTRAKSİYA ETMƏKLƏ AYRILMASI VƏ о-FENANTROLİNLƏ EKSTRAKSİYALI-FOTOMETRİK TƏYİNİ
Ə.N.Qurbanov, V.Ə.Qurbanova, G.R.Quliyeva

 

Dəmirin(II) pH-dan asılı olaraq 1,2-ONT-nin xloroform məhlulu ilə 0.1 M o-phen ekstraksiya  də­rəcəsi tədqiq olunmuşdur. Maksimum ekstraksiya pH 6–6.6-da müşahidə olunur. Dəmirin(II) Fe(C12H8N2)3(C11H7O3)2  kompleksi  şəklində ekstraktının tərkibi tarazlığın yerdəyişməsi metodu  ilə təyin edilmişdir. Dəmirin kom­p­leks birləşməsinin xloroform ekstraktının udma  spektri çıxarılmış, qatılıq intervalı müəyyən­ləş­di­ril­miş, Ber qanununa tabelik intervalı tapılmışdır. Dəmirin artıq  miqdar misin(II) iştrakı ilə ekstraksiyalı-fo­tometrik təyininin mümkünlüyü müəyyənləşdirilmişdir. Bu məqsədlə mis EDTA ilə pərdələnir. EDTA ar­tıq miqdarı olduqda dəmirin fenantrolin kompleksi pH 6–6.6-da xloroform  təbəqəsinə keçir, mis isə məh­lulda qalır.

 

Açar sözlər : aromatik hidroksi turşular, o-fenantrolin, ekstraksiyalı-fo­tometrik təyin
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№ 3 2026
MÜNDƏRİCAT
Davamı