POLİETİLENİN SULU ASILQAN MƏHLULDA OKSİDLƏŞDİRİCİ XLORLAŞMASI
Toz halında polietilenin aşağı temperaturda HCl və H2O2-nin (və ya HCl + NaOCl) sulu məhlullarının qarışığından xlorlaşdırıcı agent kimi istifadə etməklə oksixlorlaşması yolu ilə xlorlaşmış toz halında polietilenin sintezinin nəticələri verilmişdir. Müəyyən edilmişdir ki, polietilenin xlorlaşma dərəcəsi oksidləşdiricinin miqdarını dəyişmək hesabına 0.7–23.5% intervalında tənzimlənə bilər. İQ-spektroskopiya metodu ilə sübut olunmuşdur ki, polietilenin oksixlorlaşması makromolekulun metilen qruplarında olan hidrogen atomlarının xlor atomları ilə əvəz olunması hesabına gedir.
Açar sözlər : oksidləşdirici xlorlaşma, polietilen, sulu asılqan məhlul, hidrogen peroksidi, xlorid turşusu, natrium hipoxlorit
Məqaləyə baxın