ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
2,2'-Dİ(2,3,4-TRİHİDROKSİFENİLAZO)BİFENİLDƏN İSTİFADƏ EDƏRƏK GÜMÜŞÜN İZ MİQDARININ TƏYİN EDİLMƏSİ ÜÇÜN YENİ SPEKTROFOTOMETRİK ÜSUL
A.R.Quliyeva, A.M.Məhərrəmov, F.M.Çıraqov, P.R.Məmmədov

 Çox sadə, həssas, yüksək selektiv və qeyri-ekstraksiyalı spektrofotometrik metodla gümüşün(I) təyini nəzərdə tutulmuşdur. 2,2'-di(2,3,4-trihidroksifenilazo)bifenil (DTFAB) gümüşün(I) qeyri-ekstraksiyalı spektrofotometrik təyini üçün yeni analitik reagent kimi təklif edilmişdir. Su mühitində DTFAB gümüş ilə 2:1 (Ag:DTFAB) molyar nisbəti ilə yüksək işıqudmaya malik yaşımtıl-sarı xelat verir. Reaksiya ani olur və maksimum udulma 540 nm səviyyəsində müşahidə edilir və 24 saat sabit qalır. Orta molyar udma əmsalı və Sandell həssaslığı müvafiq olaraq 4.3·104 l mol-1 sm-1 və 5.0 mkq/sm gümüş(I) olub. Dərəcəli qrafikdə xəttilik 0.1–3 mkq/ml Ag(I) intervalda müşahidə olunur. Böyük miqdarda 30-dan çox kation, anion və kompleks agentləri təyinata mane olmur. Metod gümüş üçün yüksək selektivdir və sintetik qarışıqlara uğurla tətbiq olunur. Metod yüksək həssaslıq və düzgünlüyə malikdir (s = ± 0.5 0 mkq/l üçün)

 

Açar sözlər : spektrofotometriya, gümüş, 2,2'-di(2,3,4-trihidroksifenilazo)bifenil, təyin edilmə, sintetik qarışıq
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı