Fiziki-kimyəvi analiz metodları (DTA, RFA, MSA, mikrobərkliyin və sıxlığın ölçülməsi) ilə InAs2S3Se–InAs2SSe3, InAs2SSe3–In3As2S3Se3, InAsS3Se–In3As2S3Se3, InAs2S2Se3–In3As2S3Se3, (InAs2S3Se)0.70(In3As2S3Se3)0.30 (e4)– (InAs2SSe3)0.60(In3As2S3Se3)0.40 (e3) sistemlərində faza tarazlığı öyrənilmiş və hal diaqramı qurulmuşdur. Müəyyən edilmişdir ki, sonuncu istisna olmaqla, hamısı kvazibinar olub, evtektik tiplidirlər. InAs2S3Se–InAs2SSe3 sistemi 615 K temperaturda konqruyent əriyən və tərkibi InAs2S2Se2 olan yeni dördlü birləşmənin əmələ gəlməyi ilə xarakterizə olunur. InAs2SSe3–InAsS3Se–In3As2S3Se3 kvaziüçlü sisteminin likvidus səthinin proyeksiyası qurulmuş, fazanın ilkin kristallaşma sahələri, mono- və nonvariant tarazlıqların koordinatları təyin edilmişdir.