6 ay müddətində Abşeronda istismarda olmuş ASPE-nin modifikasiyası üçün balıqqulağı və təbaşirşəkilli əhənglərdən istifadə edilmişdir. Xırdalanmış, ələnmiş əhənglər 1100C-də 14 saat müddətində qurudulmuşdur. Əhənglərin kimyəvi tərkibi və əsas fiziki-kimyəvi göstəriciləri müəyyən edilmişdir. İstismarda olmuş ASPE-nin doldurucularla kompozisiyaları alınmışdır. 100 kütlə hissəsinə görə 10-dan 30 k.h. qədər, 2 k.h. dispersləyici – stearin turşusu ilə birlikdə balıqqulağı əhəngi ilə doldurulmuş kompozisiyaların bunlardan ən yaxşısı olduğu müəyyən olunmuşdur. Alınmış kompozisiyaların fiziki-mexaniki xassələrinin yaxşılaşdığı – kövrəklik azalmış, mexaniki və istiliyə davamlılıq, elastiklik modulu göstəriciləri artmış – aşkar edilmişdir. Xassələrin yaxşılaşması istismarda olmuş ASPE-nin –OH, –COOH və s. funksional qruplarının doldurucunun metal oksid komponentləri ilə qarşılıqlı əlaqələnməsi və təkrar polietilenin həll olmayan fazasının zəif torvari quruluşunun doldurma prosesində dağılması ilə izah edilir