ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
İNDAN-1,3-DİONUN YENİ SINTEZ OLUNMUŞ ARİLHİDRAZONLARININ DİSSOSİASİYA SABITLƏRİNİN TƏYİNİ
K.T.Mahmudov

 

İndan-1,3-dionun yeni arilhidrazonları – 3-(2-hidroksi-3-sulfo-5-xlorfenilhidrazon)indan-1,3-dion (1), 3-(2-hidroksi-3,5-disulfofenilhidrazon)indan-1,3-dion (2), 3-(2-hidroksi-3-sulfo-5-nitrofenilhidrazon)indan-1,3-dion (3), 3-(2-hidrok­si-4-nitrofenilhidrazon)indan-1,3-dion (4) və 3-(2-hidroksifenilhidrazon)indan-1,3-dion (5) sintez olunmuş və IQ, 1H, 13C NMR spektroskopiyaları, ESI-MS və element analizi metodları ilə identifikasiya edilmişdir. Müəyyən edilmişdir ki, 1−5 DMSO məhlulunda hidrazon formada mövcud olur və molekuldaxili hidrogen rabitəsi hesabına stabilləşir. Potensiometrik titrləmə metodu ilə dissosiasiya sabitləri təyin edilmiş və onlar, pK1 və pK2 müvafiq olaraq 5.31 və 8.42-dən 5.94 və 9.29 intervalında dəyişir və onlar bu tip maddələr üçün gözlənilən qiymətlərə uyğundur

Açar sözlər : indan-1,3-dion, arilhidrazonlar, dissosiasiya sabitləri
Məqaləyə baxın