n-C5–n-C8 karbohidrogenlərin aşağı oktanlı qaz kondensatı benzinindən adsorbsiya ilə ayrılması və katalitik izomerləşdirilməsi qurğusunun texnoloji sxemi işlənib hazırlanmışdır. Burada məqsəd xammalın miqdarını itirməmək şərti ilə qaz kondensatı benzininin oktan ədədinin yüksəldilməsi olmuşdur. Bu məqsədə nail olmaq üçün texnoloji parametrlərin, yəni temperaturun, xammalın həcmi sürətinin, izomerləşmə reaktorundakı təzyiqin, CaA adsorbentinin aktivliyinin və məsaməliliyinin, hidrogen və n-parafin nisbətinin adsorbsiyaya, desorbsiyaya, karbohidrogenlərin izomerləşməsinə təsirinin tədqiqatları aparılmışdır. Tədqiq edilən karbohidrogenlərin yüksək təmizlikli desorbsiya çıxımı və maksimum dərəcədə izomerləşdirilməsinin təcrübi şəraiti müəyyənləşdirilmişdir
