ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SİRKONİUM ƏSASLI HETEROGENLƏŞDİRİLMİŞ KATALİTİK SİSTEMLƏR İŞTİRAKINDA ETİLENİN OLEFİNLƏRƏ VƏ YAĞ FRAKSİYALARINA OLİQOMERLƏŞMƏSİ
M.C.Xamiyev

 Etilenin oliqomerləşməsi prosesi tərkibində amino- və iminohidroxlorid əvəzedicilər saxlayan ion maye tipli heterogenləşdirilmiş sirkonium kompleksləri və sokatalizator kimi alkilalüminium xloridlərdən istifadə etməklə öyrənilmişdir. Müəyyən edilmişdir ki, etilenin oliqomerləşmə məhsulu istifadə olunan sirkonium kompleksindən və alüminum üzvi birləşməsinin növündən asılı olaraq dəyişir. Sirkonium kompleksləri və sokatalizator kimi (C2H5)AlCl2 iştirakında alınmış polietilen yağ fraksiyası yüksək şaxəli quruluşda olub, naften həlqələri saxlayır və aşağı özlülük indeksinə malikdir. Etilenin oliqomerləşməsi prosesində sokatalizator kimi (C2H5)2AlCl-dən istifadə edildikdə alınmış oliqomer məhsul Zr/Al molyar nisbətindən, reaksiya temperaturundan etilenin təzyiqindən asılı olaraq əsasən 78.8–91.6% çıxımla C4–C10 xətti quruluşlu α – olefin fraksiyasından ibarət olur. Göstərilmişdir ki, sintez olunmuş sirkonium kompleksləri həm polietilen yağ fraksiyasının, həm də xətti quruluşlu α-olefinlərin alınması üçün etilenin oliqomerləşməsi prosesində təkrar istifadə oluna bilirlər

doi.org/10.32737/0005-2531-2019-4-105-114

Açar sözlər : zirconium kompleksləri, amino- və iminohidroxlorid liqandlar, etilen, oliqomerləşmə
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı