ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
SnSb2Te4-SnBi2Te4 SİSTEMİNİN FAZA DİAQRAMI və SnSb2-xBixTe4 BƏRK MƏHLULLARIN BƏZİ XASSİSƏLƏRİ
A.E.Seyidzadə, M.B.Bbanlı

Differensial termiki və rentgenfaza anlizləri üsulları ilə SnSb2Te4-SnBi2Te4 sistemində faza tarazlıqları öyrənilmiş və faza diaqramı qurulmuşdur. Müəyən edilmişdir ki, sistem ilkin birləşmələrin inkonqruent ərimələri səbəbindən qeyri-kvazibinardır, lakin solidusdan aşağıda stabildir və tetradimitə bənzər heksaqonal quruluşa malik fasiləsiz bərk məhlul sırası əmələ gətirir.  Sistemin likvidusu SnTe birləşməsi əsasında bərk məhlulun (α-faza) ilkin kristallaşma əyrisindən ibarətdir. Likvidusdan aşağıda L+α↔γ peritektik reaksiyası üzrə SnSb2Te4 və SnBi2Te4 birləşmələri arasında bərk məhlul (γ-faza) əmələ gəlir. Ovuntu diffraktoqramları əsasında bərk məhlulların qəfəs parametrləri hesablanmış və müəyyən edilmişdir ki, onlar tərkibdən xətti asılıdırlar

doi.org/10.32737/0005-2531-2019-4-6-10

Açar sözlər : SnSb2Te4-SnBi2Te4 sistemi, faza tarazlığı, bərk məhlul, tetradimitə bənzər quruluş, qalay-bismut-sürmə teluridləri
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı